Xarkovun atəşə tutulması davam edir.
Demokrat.az xəbər verir ki,bu barədə məlumat telemarafonunun efirində Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
O, Xarkov yaxınlığında düşmənin 488-ci motoatıcı alayının məhv edilməsi münasibətilə ukraynalıları təbrik edib. "Lakin təəssüf ki, Xarkovun atəşə tutulması davam etdi. Çerniqovda vəziyət ağırdır". Onun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubunda - İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskidə hava hücumu olub.
O xatırladıb ki, dünən Xersonda ruslar humanitar yardım paylamağa cəhd ediblər və lakin yerli sakinlər bunu qəbul etməyiblər. "Yaxınlıqdakı müəssisələrdən Xerson şəhərinə məhsul gətirmək üçün humanitar dəhlizlərlə bağlı ilkin razılaşmalar var idi. Onu qəsdən bağladılar, gətirməyə imkan vermədilər ki, insanlar gəlib ruslardan humanitar yardım istəməyə başlasınlar. Xerson sakinlərinin özlərində güc tapması münasibəti ilə onları təbrik edirəm. Afərin və demək istəyirəm ki, ruslar onları acından öldürmək istəsələr də, Xersonlar düşmənin humanitar yardımına əhəmiyyət verməyib”.
Nəzrin Demokrat.az


