Gündəm

Vahid Əhmədov: “Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yüksək səviyyədədir”

Vahid Əhmədov: “Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yüksək səviyyədədir”

“BMT Baş Assambleyasının martın 2-də qəbul etdiyi “Ukraynaya qarşı təcavüz” qətnaməsi Rusiyanın təcavüzünün qarşısını almaq məqsədi daşıyır. Azərbaycanın həmin qətnamə ilə bağlı bitərəf mövqe sərgiləməsinin əsas səbəbi Qoşulmama Hərəkatının üzvü və sədri olması ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yüksək səviyyədədir. Müharibə vəziyyəti ilə əlaqədar olaraq Azərbaycan Ukraynaya humanitar yardım göndərib və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mütəmadi əlaqə var. Azərbaycan təcavüzü hər zaman pisləyir və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, Britaniya Parlamentinin üzvü Margarit Hodcun Azərbaycana qarşı sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı təklifi qəbul edilməyib: “Ümumiyyətlə, Böyük Britaniya ilə Azərbaycanın münasibətləri hər zaman yaxşı olub. Britaniya şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərirlər, amma heç bir problemlə üzləşməyiblər. Hansısa bir deputatın belə fikir səsləndirməsi qəbuledilməzdir. Ola bilər ki, fikir qəsdən səsləndirilib və ya problemli deputatdır. Həmçinin, həmin xanım deputatın ermənipərəst olduğu iddia edilir. Nəzərə almaq lazımdır ki, sanksiya tətbiq etmək üçün ortaya arqument qoymaq lazımdır. Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətləri yaxşı olduğu üçün neytral mövqe sərgiləyir. Burada Rusiyaya hansısa hərbi yardımdan söhbət getmir. Ola bilər ki, Rusiya ilə Azərbaycan arasında bağlanılmış müttəfiqlik haqqında bəyannamə əsas götürülərək fikir səsləndirilib, amma nəzərə almaq lazımdır ki, həmin sənəd qanuniləşməyib. Qısacası, Margarit Hodcun fikirləri tamamilə əsassız ve qəbuledilməzdir”.

Demokrat.az

D
demokrat.az