Rusiyanın Ukraynaya hücumu nəticəsində 10 yunan həyatını itirib.
Demokrat.az xəbər verir ki,bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis tvitterdə yazıb.
“Rusiyanın Mariupol yaxınlığına endirdiyi aviazərbələr nəticəsində on günahsız dinc sakin – etnik yunanlar həlak olub”.
Mitsotakis Rusiyanın mülki şəxslərə hücumunu pisləyərək aviazərbələrin dayandırılmasını tələb edib: “Dərhal bombardmanı dayandırın!”.
Hadisə ilə əlaqədar Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın Afinadakı səfirinə kəskin etirazını bildirib. Səfir bu səbəbdən XİN-ə çağırılıb.
Zamiq Demokrat.az


