Gündəm

BMT-dən PROQNOZ: Ukraynanı dörd milyona yaxın insan tərk edə bilər

BMT-dən PROQNOZ: Ukraynanı dörd milyona yaxın insan tərk edə bilər

Rusiya-Ukrayna hərbi münaqişəsi ilə əlaqədar təxminən 116min insan Ukraynanı tərk edərək qonşu ölkələrə keçib.

Bu açıqlama ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu çıxış edib.

“Hazırda demək olar ki, 116 min insan beynəlxalq sərhədləri keçib. Onların sayı arta bilər. Rəqəmlər hər dəqiqə dəyişir”, - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü qeyd edib.

Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, dördmilyona yaxın ukraynalı sərhədi keçə bilər.

Ş. Mantu onların əksəriyyətinin qonşu dövlətlərə - Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.

Demokrat.az

D
demokrat.az