Hadisə

“Azərişığ”ın əməkdaşını “tok” vurdu

“Azərişığ”ın əməkdaşını “tok” vurdu

Şəmkirdə “Azərişığ”ın ustasını elektrik cərəyanı vuraraq öldürüb.

Rayon prokurorluğundan bildirilib ki, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, “Azərişığ”ın əməkdaşı Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Rza Demokrat.az

D
demokrat.az