Gündəm

Rüfət Quliyev: “Bu bəyannamə Azərbaycanın nüfuzunun artmasına qulluq edəcək”

Rüfət Quliyev: “Bu bəyannamə Azərbaycanın nüfuzunun artmasına qulluq edəcək”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər çərçivəsində Prezident Vladimir Putinlə bu gün görüşəcək. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi gözlənilir. Görüşün ən diqqət çəkən məqamı isə Putin və Əliyev arasında danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasıdır.

Mövzu ilə bağlı fikirlərini Demokrat.az-la bölüşən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, bu bəyannamənin imzalanması yeni bir qələbədir:

“Azərbaycanın xarici siyasətində Cənab Prezidentin apardığı bu cür siyasətin qələbələri çox olub, var, yenə də olacaq. Ona görə ki, Cənab Prezidentin xarici siyasəti çox praqmatikdir. Həmçinin, deyərdim ki, Azərbaycanın milli mənafeyinə qulluq edir. Hesab edirəm ki, bu sənəd dünyada Azərbaycanın daha çox tanınmağına, inkişafına, qlobal dünyada yeni problemlərdən daha çox uzaqlaşmağa, iqtisadi, humanitar, siyasi mənada Azərbaycanın nüfuzunun artmasına qulluq edəcək. Fikrimcə, bu yeni bir qələbədir. Azərbaycan dünyada öz yerini artıq tutub və öz siyasətini sona qədər aparır. Bu da mərhələ-mərhələ praqmatik siyasətin həyata keçirilməsidir”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az