Gündəm

Həkim tibbi sığorta haqda: "Düşüncəmiz dəyişməsə, çox çətin olacaq"

Həkim tibbi sığorta haqda: Düşüncəmiz dəyişməsə, çox çətin olacaq

"Gürcüstanda İcbari Tibbi Sığortanın tətbiqi səhiyyədə inqilab yaratdı. Əhaliyə sığorta kartı paylananda mahiyyətini bilmirdilər. Pulsuz tibbi yardıma çox təəccüblənirdilər, amma hamı öyrəndi, bu gün də faydasını görürlər. Ən çox narazı qalan yaşlı həkimlər idi, çünki rüşvətin kökü kəsilirdi, gənc həkimlər isə çoxdan razıdılar sığortadan".

Demokrat.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Vaqif Qarayev bildirib.

O, qeyd edib ki, icbari tibbi sığorta tibbi xidmətin qərb modelidir:

Həkim tibbi sığorta haqda: Düşüncəmiz dəyişməsə, çox çətin olacaq

"Bizdə də çətinlik olacaq, düşüncəmiz dəyişməsə, çox çətin olacaq. Sığorta ilə bağlı hörmətli Adil Qeybullanın iştirakı ilə olan müzakirələri izləyirəm. Adamın fikirlərini çox qəribçiliyə salırlar, amma dedikləri həqiqətdir, qopmalıyıq köhnə sistemdən. Tibbi sığorta tibbi xidmətin qərb modelidir. Tətbiq ediriksə, səhiyyə də qərb modelinə keçməlidir, keçə bilər, yetər ki sovetdənqalma yaşlı gürcü həkimləri kimi mane olmayaq".- həkim əlavə edib.

Arzu Demokrat.az

D
demokrat.az