Hadisə

Avtomobil körpüdən aşdı, 3 nəfər öldü

Avtomobil körpüdən aşdı, 3 nəfər öldü

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır./apa

D
demokrat.az