Gündəm

“Xəzərdə suyun səviyyəsinin azalması daha ciddi problemlərə yol aça bilər” — ŞƏRH

“Xəzərdə suyun səviyyəsinin azalması daha ciddi problemlərə yol aça bilər” — ŞƏRH

“Xəzər dənizində suyun səviyyəsinin azalması həm iqtisadi, həm də ciddi ekoloji problemdir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Xəzərdə suyun səviyyəsinin azalması daha ciddi problemlərə yol aça bilər” — ŞƏRH

İqtisadçı qeyd edib ki, bu, gələcəkdə daha ciddi problemlərin artmasına səbəb olacaq amildir: “Əgər bu müvəqqəti xarakter daşımırsa, onda müsbət nələrsə fikirləşmək olar. Ola bilər ki, bu problemi təbiət özü müəyyən dərəcədə həll etsin. Əgər bu problemlər davamlı şəkildə artım trendinə girərsə, bu zaman müəyyən problemlər, ən azından dəniz naviqasiyası ilə bağlı müəyyən problemlər yaşana bilər. Amma, bildiyim qədəri ilə Bakı limanı inşa edilərkən bu problemlər nəzərə alınıb və limanın dərinləşdirilməsi və çox yüktutumlu, yəni ağır tonnajlı gəmilərin belə Bakı limanına yan alması problemi əvvəlcədən həllini tapıb”.

İqtisadçı əlavə edib ki, əgər suyun kəskin azalması baş verərsə, o zaman Bakı limanında müəyyən dərinləşmə işlərinin aparılmasına və gəmilərin yan alması üçün müəyyən infrasturukturun yenilənməsinə də ehtiyac yarana bilər: “Düşünürəm ki, bununla bağlı dövlət müəyyən qabaqlayıcı işlər görəcək. Çünki “Şimal-Cənub” və “Şərq-Qərb” əhəmiyyətli layihələrdir. Bu layihələrin həyata keçirilməsi Azərbaycan üçün gələcəkdə logistik mərkəzə çevrilməsinə imkanlar və fürsətlər yaradacaq. Ümid edirəm ki, bu istiqamətdə mühüm addımlar atılacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az