Gündəm

Elman Nəsirov yoxa çıxan deputat barədə: “Tahir müəllimə bir neçə dəfə yığmışam”

Elman Nəsirov yoxa çıxan deputat barədə: “Tahir müəllimə bir neçə dəfə yığmışam”

Xəbər verdiyimiz kimi, deputat Tahir Kərimli "əjdaha" ilə videosunu paylaşıb və ölümlə təhdid oldunduğunu deyib. Məsələnin təfərrüatı ilə bağlı deputatdan açıqlama almaq istəsək də, lakin millət vəkili telefon zənglərinə cavab vermir.

Məsələ ilə bağlı Demokrat.az Milli Məclisin deputatı Elman Nəsirovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, deputat həmkarı ilə nə qədər əlaqə qurmağa çalışsa da, mümkün olmayıb:

“Tahir müəllimə bir neçə dəfə yığmışam, lakin onunla əlaqə saxlaya bilməmişəm. Çünki telefonu bağlıdır. Yaxşı olardı ki, Tahir müəllim hüquq-mühafizə orqanlarına, Dövlət Təhlükəsizlik Xidmətlərinə, Azərbaycan Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə rəsmən müraciət etsin və araşdırılsın ki, bu, feyk təhdiddir, yoxsa həqiqətən də arxasında ciddi qüvvələr, cinayətkarlar dayanır. Yəqin ki, gün ərzində Tahir müəllimlə əlaqə qurmaq mümkün olacaq və bu iş mühafizə orqanlarımız tərəfindən ciddi şəkildə araşdırılacaq”. Qeyd edək ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət daxil olmayıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az