Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.
Zelenski Ukraynanın sülh üçün çalışdığını deyib:
“Ukrayna sülh üçün çalışır və bütün məsələləri danışıqlar yolu ilə həll etmək istəyir”.Zelenski Ukrayna mediasına müraciət edərək, onları ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb.
Zelenski fevralın 16-nın Ukraynada “Birlik Günü” kimi təyin edilməsi haqqında fərman imzaladığını açıqlayıb.
Ukrayna lideri ölkədən gedən bütün dövlət qulluqçularına qayıtmaları üçün 24 saat vaxt verib:
“Xalq sizin ölkəni idarə edəcəyinizə etibar etdi. 24 saat ərzində qayıdın”./qafqazinfo


