“Anti-korrupsiya həbslərindən sonra Müdafiə Nazirliyinun maliyyə sistemi yenidən qurulacaq”.
Bu sözləriAzpost.info-ya Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov Müdafiə Nazirliyinin 4 vəzifəli zabitinin həbsini şərh edərkən deyib.
Ekspert bu həbslərin səbəblərini izah edib: “Müdafiə Nazirliyində maliyyə sahəsində həbslərin iki əsas səbəbi var: – Türkiyəli hərbi təlimatçıların araşdırmasının sonunda ortaya çıxan nəticə; – NATO-nun aidiyyatı strukturlarının Azərbaycan Silahlı Qüvvələrində dəyişikliklərə dəstək üçün anti-korrupsiya tədbirlərinin aparılması şərti”.
C.Məmmədovun sözlərinə görə, Türkiyə SQ təmsilçiləri bunu orduda islahatların vacib elementi hesab edirlər. Eyni zamanda NATO-nun Building Integrity (Dürüstlüyün təmin olunması) proqramı çərçivəsində alyans tərəfindən Azərbaycana praktiki dəstək göstəriləcək:“Bütün bunların baş verməsi üçün rəsmi Bakı ordu sahəsində anti-korrupsiya tədbirlərində qətiyyətli olduğunu sübut etməlidir”.
Ekspert xatırladıb ki, Cənubi Qafqazda Gürcüstan və Ermənistan Building Integrity proqramının işturakçısı olmaqla SQ-də anti-korrupsiya tədbirləri üzrə NATO-nun müvafiq strukturlarının dəstəyindən yararlanırlar:“NATO 2010-cu ildən etibarən Azərbaycana bu proqramda işyirak etməyi təklif edir. Rəsmi Bakı isə razılıq vermirdi. Azərbaycan Müdafiə Təhlükəsizlik sektorunda korrupsiyanın vəziyyəti “kritik” qiymətləndirilir.Sonuncu dəfə Transparency International təşkilatının müdafiə sahəsində korrupsiya indexində (2020) Azərbaycan sonuncu yerlərdən birində qərarlaşmışdı”.


