Sosial

Gəncədə kişi meyiti tapıldı

Gəncədə kişi meyiti tapıldı

Gəncədə mənzildə kişi meyiti aşkar edilib.

Demokrat.az-ınFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Demokrat.az

D
demokrat.az