Lerikdə tövlədə yanğın hadisəsi qeydə alınıb.
Demokrat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Almu kəndində ümumi sahəsi 84 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1 ton ot bağlaması yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


