Gündəm

Şadi Yazıcı azərbaycanlı gəncləri “TEKNOFEST”ə dəvət etdi

Şadi Yazıcı azərbaycanlı gəncləri “TEKNOFEST”ə dəvət etdi

Bu gün dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan “TEKNOFEST 2022” in açılış mərasimi həyata keçirilib.

Demokrat.az xəbər verir ki, Bakıda baş tutan tədbirdə bir sıra tanınmış şəxslər iştirak edib. Tuzla Bələdiyyə sədri Şadi Yazıcı açıqlamasında 26-29 may tarixlərində Azərbaycanda keçiriləcək “TEKNOFEST 2022”in həyəcanını yaşadığını bildirib. Bələdiyyə sədri əlavə edib ki, Türkiyənin dörd bir tərəfində səbirsizliklə, həyəcanla izlənilən “TEKNOFEST” qardaş ölkə Azərbaycanda da izləyiciləri ilə bir araya gələcək.

O, xüsusilə Azərbaycanlı gənclərə “TEKNOFEST”i ziyarət etmələrini tövsiyə edib: “Çünki elm və bilik olmadan gələcəyimizi yönləndirə bilmərik. Mahiyyəti bu qədər yüksək olan bir tədbirin ölkəmizdən dünyaya yayılmasında önəmli rolu olan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana və “TEKNOFEST” İdarə Heyətinin sədri Selçuk Bayraktara təşəkkür edirəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az