Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Türkiyəxarici işlər nazirinin müavini Faruk Kaymakcının iştirakı ilə məsləhətləşmələr keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq və Balkan yarımadasında mövcud vəziyyət barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Bosniya və Herseqovinadakı vəziyyətə xüsusi diqqət yetirilib, daxili siyasi vəziyyətin Dayton Sazişinin prinsiplərinə uyğun olaraq tezliklə normallaşdırılmasının zəruriliyi vurğulanıb.


