Sosial

"Bakılı Oğlanlar"ın çəkildiyi reklam yalan imiş — "Yeni Bakı"dan ev alanları aldadıblar (VİDEO)

Bakılı Oğlanların çəkildiyi reklam yalan imiş — Yeni Bakıdan ev alanları aldadıblar (VİDEO)

"Yeni Bakı" yaşayış kompleksinin sakinləri "İlin Dörd Fəsli" MMC-nin onların aldığları evlərin çıxarışlarını vermədiklərini bildiriblər.

Artıq 10 ilə yaxındır ki ev almağlarına baxmayaraq onlara vəd olunan çıxarışlar verilməyib.

Son olaraq sakinlər "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynovla görüşüblər və o bildirib ki, biz heç kimə çıxarış söz verməmişik.

Bakılı Oğlanların çəkildiyi reklam yalan imiş — Yeni Bakıdan ev alanları aldadıblar (VİDEO)

Lakin illər əvvəl "Yeni Bakı" yaşayış kompleksinin reklamı televiziyalarda gedərkən evlərin çıxarışla təmin olunacağı bildirilib.

Təqdim etdiyimiz videoda "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynovun dedikləri və reklamda deyilənlər öz əksini tapıb. (kanal15)

D
demokrat.az