Bu gün 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibəti ilə baş tutan "Gənclər Həftəsi" çərçivəsində Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları və Salyan “Kikboksinq” idman klubunun rəhbərliyi və idmançıları torpaqlarımızı düşmən tapdağından azad edərkən canını fəda etmiş qəhrəman şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Demokrat.az xəbər verir ki, ziyarət zamanı şəhidlərimizin məzarlarına gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Demokrat.az


