Gündəm

Fəzail Ağamalı gəncləri təbrik etdi

Fəzail Ağamalı gəncləri təbrik etdi

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı gəncləri təbrik edib.

Demokrat.az həmin təbriki təqdim edir:

"Bu gün ölkəmizdə “Gənclər günü” qeyd edilir. Yüz minlərlə gənclərimizi ağuşuna alıb, onlara xoş anlar yaşadan Gənclər bayramı hər bir Azərbaycan ailəsinin sevinc günüdür.

Dövlətçiliyimizdə, elmdə, təhsildə, səhiyyədə, istehsalda özünü təsdiq edən Vətənpərvər gənclərimiz ölkəmizə və cəmiyyətimizə əhəmiyyətli töhvələr verməkdədi.

44 günlük Vətən müharibəsində misilsiz rəşadət, qəhrəmanlıq və igidlik göstərən Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminə öldürücü zərbələr vurdu, torpaqlarımızı işğaldan azad etdi və tarix yazdı.

Gününüz mübarək, əziz Azərbaycan gəncləri!"

Demokrat.az

D
demokrat.az