İdman

Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR

Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR

Dünya Müasir Döyüş növləri Federasiyasının Azərbaycan nümayəndəliyi ilin ilk yarışını uğurla başa vurub.

“Demokrat.az” xəbər verir ki, İranın Tehran şəhərində keçirilən karate üzrə “Zamin Cup” adlı beynəlxalq turnirdə Azərbaycan komanda hesabında ikinci yeri tutub.

Karateçilərimiz yarışa Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədovun rəhbərliyi ilə 70 nəfərlik heyətlə yollanıb. Uğurlu çıxışları ilə yadda qalan idmançılarımızdan 5 nəfər iki kateqoriya üzrə qızıl medallar qazanıblar:

1. Ayxan Ömərov 2. Şahin Almuradlı 3. Marat Semixov 4. Əli Məmmədzadə 5. Bəhlul Quluzadə

Bu yarışın nəticələrinə əsasən, iki kateqoriyada qalib olan 5 idmançı “İlin yekunu” nominasiyasına birbaşa vəsiqə əldə edib. Bundan başqa, medal qazanan bütün idmançılar federasiyanın təsis etdiyi illik cədvəldə aktivlərinə ilk reytinq xallarını yazdırıblar.

Bu beynəlxalq turnirdə komandamız 7 nəfərdən ibarət məşqçi ilə təmsil olunub:

1. Elmin İsayev 2. Azər Aslanov 3. İbrahim Heydərov 4. Namiq Pirverdiyev 5. Elşən Xamoyev 6. Əli Rəcəbov 7. Orxan Şabanov

Yarışla bağlı təəssüratlarını “Demokrat.az”a bölüşən Dünya və Avropa çempionu Arif Məmmədov bildirib ki, komandanın əldə etdiyi bu nəticədən razıdır. O, karateçilərimizin növbəti yarışlarda da yüksək nəticələr qazanacağına ümidvar olduğunu qeyd edib.

Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR
Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR
Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR
Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR
Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR
Azərbaycan karateçiləri İranda tarix yazdılar — FOTOLAR

Qeyd edək ki, beynəlxalq turnir aprelin 1-3-ü aralığında Serbiyada düzənlənəcək Avropa Çempionatına sınaq xarakteri daşıyır.

Zamiq Demokrat.az

D
demokrat.az