Avropa İttifaqı ABŞ, eləcə də Qətər və Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparır.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
"Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq. Biz bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla Rusiyanın tədarükü azaltmaq və ya dayandırmaq qərarı verəcəyi təqdirdə qaz tədarükü məsələsində işləməyi nəzərdən keçiririk", - deyə J.Borrel bildirib.


