Sosial media

DİN: “Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır”

DİN: “Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır”

"Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır".

Bunu Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən nazirlik məlumatlıdır və araşdırmalara başlanılıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfər şəxsin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etdiyi barədə görüntülər yayılıb.

Demokrat.az

D
demokrat.az