Sətdar Heydərov 1965-ci ildə Füzuli rayonunda anadan olub və Horadizdə yaşayıb.
Demokrat.az xəbər verir ki, o, 1997-ci ildən Bakı elektrik şəbəkədə, 2016-cı ildən isə təyinatla Füzuli elektrik şəbəkəsində çalışmağa başlayıb.
Hal-hazırda Sətdar Heydərov Füzuli Rayon Elektrik Şəbəkəsinin rəisi və "Azərişıq" ASC-nin baş mühəndisinin Qarabağ üzrə müavini vəzifəsində çalışır.
Vətən Müharibəsi başlayanda ordumuzun elektrik enerjisi ilə təminatı üçün alın təri axıdanlardan olub.
Göstərdiyi xidmətlərə görə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı və “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.
Demokrat.az


