Hadisə

Hacıqabulda qadın avtobusun altına düşərək öldü

Hacıqabulda qadın avtobusun altına düşərək öldü

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır. /APA

D
demokrat.az