Gündəm

Müasir Müsavat Partiyası Fransanın təxribatçı addımları ilə bağlı bəyanat verdi

Müasir Müsavat Partiyası Fransanın təxribatçı addımları ilə bağlı bəyanat verdi

Bildiyimiz kimi dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri PekrezAzərbaycanRespublikasının Xankəndi şəhərinə qanunsuz səfər etmişdi. O vaxtdan bir çoxları tərəfindən bu səfər tənqid olundu.

Bunun ardınca isə FransanınAvropavə xarici işlər üzrə naziri Jan İv Lö Drianın ölkənin Milli AssambleyasındaAzərbaycanla bağlı xoşagəlməz çıxışına etdi. Ötən günAzərbaycanXarici İşlər Nazirliyi fransız nazirin çıxışına cavab olaraq, bəyanat yayıb.

FransanınAzərbaycana qarşı atdığı düşmənçilik addımları ilə bağlı Müasir Müaavat Partiyası da bəyanat yaydı.

“FransanınAzərbaycana qarşı həmişə məkirli siyasəti davam etdirilib.Azərbaycanöz torpaqlarını azad etmək üçün başladığı anti-terror əməliyyatı dövründə də FransaAzərbaycanın qələbəsinə kölgə salmaqdan ötrü əlindən nə gəlirsə etdi. Amma heç nəyə nail ola bilmədi. Fransada prezidentliyə namizəd birinin bizim əbədi torpağımız Qarabağa və Xankəndinə səfər etməsi qəti yolverilməz hal idi. Gərək bizim hərbiçilər onu tutub, dövlətə təhvil verəydilər.

Biz MüasirMüsavat Partiyasıolaraq FransanınErmənistanı müdafiə etməsini vəAzərbaycana qarşı apardığı düşmən münasibəti qətiyyətlə pisləyirik. Biz düşünürük ki, bundan sonraAzərbaycan-Fransa münasibətləri tamamilə sıfır vəziyyətə endirilməlidir.AzərbaycanFransada gördüyü bütün işləri geri götürməlidir. FransaAzərbaycanilə heç vaxt dost olmayıb və ola da bilməz. Fransada prezidentliyə namiz olanAzərbaycana şər-böhtan atır.

Biz MüasirMüsavat Partiyasıolaraq həmişəAzərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutmuşuq. Buna görə də bəyan edirik ki, biz Fransanın bu hərəkətini qətiyyətlə pisləyirik. Bundan sonra da partiya olaraq Fransa-Azərbaycanmünasibətlərinə kölgə salan bütün halları pisləyəcəyik. Düşünürük ki, Fransanın bu addımına qarşıAzərbaycanFransaya çox sərt münasibət göstərməlidir, sərt mövqe sərgiləməlidir. ÇünkiAzərbaycandövləti güclü dövlətdir. Onun ali baş komandanı da çox cəsarətlidir. Həmçinin düşünürük ki, prezidentin heç kəsin qarşısında öhdəlikləri yoxdur.

Bu günə qədərAzərbaycanın müstəqilliyini qoruyub-saxlayan şəxsə biz heç zaman imkan vermərik ki, şər-böhtan atsınlar. Əgər Fransa bundan sonra da belə addımlar atmağa davam etsə, biz bu addımlara qarşılıqAzərbaycanda olan Fransa səfirinə öz sözümüz çatdırmalıyıq”.

D
demokrat.az