Gündəm

Deputatdan Tağıyevin heykəlinə zərər vuranlara SƏRT REAKSİYA

Deputatdan Tağıyevin heykəlinə zərər vuranlara SƏRT REAKSİYA

Ötən gün açılışı olan Hacı Zeynalabdin Tağıyevin heykəli elə həmin gündə zədələnib. Belə ki, Tağıyevin əlindəki təsbeh qırılaraq yerə düşüb.

Məsələ ilə bağlı Demokrat.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında bildirib ki, bu, əslində onu göstərir ki, bizdə heykəli bərabər boyda, yerdən insanlara yaxın məsafədə qoyanda adiləşdirirlər və onu özlərindən biri sayırlar.

Deputatdan Tağıyevin heykəlinə zərər vuranlara SƏRT REAKSİYA

Deputat qeyd edib ki, əslində heykəli cəmiyyət qorumalıdır: “Bunu ancaq onun rolunu, mahiyyətini başa düşməyənlər edə bilər. Ona görə də, bu kimi məsələlərdə əslində cəmiyyət belə bir heykəli qorumalıdır. Bununla da, cəmiyyətdə kimsə cəsarət edib, bu addımı atmağa özündə risk etməməlidir. Yəni, bu çox mənasız bir addımdır. Gərək cəmiyyət bunu özünə rəva bilməsin, hətta avarası belə bunu etməməlidir. Hansısa başı pozuq adam, təhsilsiz adam belə bunu etməməlidir. Əgər edirsə, demək problem başqa şeydədir. Problem, ümumi özü ilə bərabər səviyyədə görən, heykələ yanaşan bir anlayışdadır”.

Deputat əlavə edib ki, onsuz da bizim cəmiyyət yanında olan adamların böyüklüyünü görən cəmiyyət deyil:

“Öləndən sonra, itəndən sonra dəyər verir ki, nədir. Ən böyük şəxsiyyətimiz Mirzə Fətəli Axundovdur, ona cəmiyyətimizin verdiyi dəyər bəllidir, Mirzə Cəlildir ona verilən dəyər də nədir bəllidir. Yəni, ona görə də, Tağıyevə də təqribən eyni baxış var. Gərək onu biraz hündür yerdə götürərdilər ki, əl çatmasın. Bəzən bunlar adamlara əl çatanda adiləşirlər, elə bilirlər ki, özlərinin tayıdır. Çünki, yüzlərlə milyoner Tağıyevin elədiyi şeyin bir faizini eləməyib. Müasir dövrdə Azərbaycanda Tağıyevdən ibrət götürən elə də çox adam yoxdur. Təbii ki, onlar təmir olunub düzələcək, amma biz düzəlməyəcəyik”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az