"Vətəndaşlardan xahiş edirik ki, ictimai nəqliyyata üstünlük versinlər" — RƏSMİ

SOSİAL 14 yan 2022, 11:44
Hazırda paytaxt ərazisində yağmurlu hava şəraiti hökm sürür. Bu da bəzi ərazilərdə sürüşmə ehtimalı yaradır. Odur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçıları bəzi tövsiyyələr edir.

Demokrat.az  xəbər verir ki, bu barədə İdarənin bölmə əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.

Bildirib ki, yağmurlu hava şəraiti paytaxtın bəzi ərazilərində sürüşmə ehtimalı yaradır.

“Odur ki, vətəndaşlardan xahiş edirik bunu nəzərə alsınlar və şəxsi avtomobillərdən istifadə etməyərək ictimai nəqliyyata üstünlük versinlər. Eyni zamanda belə havada avtomobil idarə edə bilən sürücülərə şərait yaradılmalı, avtomobillər texniki cəhətdən tam saz olmalı, təkərlərin mövsümə uyğun olmasına, şüşəsilənlərin yaxşı işləməsinə, dövlət nömrə nişanının aydın görünməsinə, işıq cihazlarının təmizliyinə diqqət edilməlidir. Eləcə də, yol hərəkəti nişanlarının, svetoforların, nizamlayıcıların tələblərinə ciddi riayət olunmalı, zolaqlardan düzgün istifadə olunmalıdır. Yolboyu sürət həddi minumuma endirilməli, ara məsafəsi isə normadan artıq olmalıdır. Eyni zamanda enişli-yoxuşlu yollarda elə sürət və məsafə seçilməlidir ki, qarşıdakı nəqliyyat vasitəsini və ya hər hansı maneəni aydın görmək olsun.”

Qurum rəsmisi piyadalara da müraciət edib.

Qeyd olunub ki, piyadalar ayrılmış zolaqlardan istifadə etməli, nəqliyyat vasitəsinin qarşısına çıxmaqla sürücünü çaşdırmamalıdır.
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top