Ukrayna mətbuatı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə geniş yer ayırdı — FOTOLAR

XARİCİ SİYASƏT 13 yan 2022, 17:20
Ukraynanın nüfuzlu informasiya agentlikləri və portalları Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş işıqlandırıb.

Demokrat.az xəbər verir ki, “RBK-Ukrayna”, “İnterfax-Ukrayna” informasiya agentlikləri, “korrespondent.net” “Asmedia” və digər xəbər portalları Prezident İlham Əliyevin müsahibə zamanı söylədiyi fikirlərə geniş yer ayırıb. Xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi son təxribatla bağlı fikirlər dərc edilib. Prezident İlham Əliyevin fikirlərinə istinadla vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüb.

Ukrayna mətbuatı, həmçinin Prezident İlham Əliyevin Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığa dair fikirlərinə də yer verib.(AZƏRTAC)



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top