Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

SOSİAL 10 yan 2022, 21:02

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı olub.

Söhbət zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, eləcə də müdafiə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.

Qlobal və regional məsələlər çərçivəsində Ukrayna böhranı, Qazaxıstandakı etirazlar, Ermənistanla normallaşma prosesi, Qafqaz, Əfqanıstan, Bosniya-Herseqovina və Efiopiyadakı proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi, həmçinin  Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar olmasının regionun sabitliyi və rifahına verdiyi töhfələr qiymətləndirilib.

Türkiyənin Balkanlarda, Qafqazda, Yaxın Şərqdə, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində rolunu davam etdirmək əzmində olduğu vurğulanıb./oxu.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top