"AŞPA-da bir qrup insan ölkəmizin imicinə xələl gətirmək istəyir" - Səməd Seyidov

SİYASƏT 04 mar 2019, 22:24

Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əsas mehvərdir. Bəzi təşkilatlarda, eləcə də AŞPA-da bir qrup insan anti-Azərbaycan mövqeyi tutaraq, qeyri-obyektiv münasibətləri ilə ölkəmizin imicinə xələl gətirmək istəyirlər. AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində çirkli pulların yuyulmasına dair mövzu gündəlikdə əks olunsa da, icraata qəbul edilməyib və yekdilliklə gündəlikdən çıxarılıb.

 

Demokrat.Az xəbər verir ki, bu fikirləri AŞPA-nın komitə iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirib.

 

O qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində martın 4-də Parisdə AŞPA-nın komitə iclasında yuxarıda adıçəkilən məsələ gündəlikdən çıxarılıb. “AŞPA-nın üzv ölkələrində problemlərin araşdırılması və onların həll olunmasında hər hansı bir ölkənin hədəf seçilməsi qəbulolunmazdır. Bütün məsələlər ümumi kontekstdə müzakirə edilməlidir”, - deyə S.Seyidov diqqətə çatdırıb.

 

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, AŞPA-nın əsas problemlərindən biri daxilində ikili standartları müəyyən edib aradan qaldırmaq istiqamətində səylər göstərməməsidir: “Bu gün ölkəmizə qarşı bu qərəzli məruzənin gündəlikdən çıxarılmasının həm qlobal problemlərin həllinə, həm də AŞPA–nın ikili standartlardan can qurtarmasına yardımçı olacağına ümid edirəm”.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top