Azərbaycanda dollar bahalaşa bilərmi? — AÇIQLAMA

GÜNDƏM 07 yan 2022, 14:11
Cari ildə hər kəsi maraqlandıran əsas məsələlərdən biri də dolların məzənnəsinin qalxması ilə bağlıdır. Görəsən, bu il Azərbaycanda devalvasiya təhlükəsi varmı? 

Demokrat.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, 2021-ci ildə olduğu kimi, bu ildə də biz dolların bahalaşmasını müşahidə etməyəcəyik. Ekspert bildirib ki, hazırda hökumət manatın məzənnə stabilliyinin qorunmasında maraqlıdır: 

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan

“Ona görə ki, məhz makro iqtisadi sabitliyi qorumaq üçün mütləq şəkildə manatın məzənnə stabilliyinin qorunmasına ehtiyac var. Çünki devalvasiya nəticəsində dövlətin dövlət olaraq gəlirlərin stimullaşdırılmasında, büdcənin doldurulmasında, büdcəyə Neft Fondundan transferlərin edilməsində və digər istiqamətlər üzrə böyük faydaları olacaq. Amma, eyni zamanda da, devalvasiyanın kifayət qədər mənfi fəsadları ola bilər, yaxud da olacaq. Düşünürəm ki, bunu hökumət də çox gözəl anlayır, bunun fərqinə varır. Buna görə də, maksimum dərəcədə devalvasiyanın olmaması üçün bütün mümkün alətlərdən istifadə ediləcək”.

Ekspert qeyd edib ki, devalvasiyanın olmaması üçün mümkün alətlər dedikdə, bilavasitə bu dövlətin valyuta ehtiyatlarıdır: 

“Bilirik ki, ixracı neftdən asılı olan, daha çox neftin formalaşdığı ixracdan gələn gəlirlərin böyük əksəriyyəti bizdə neftdən asılıdır. Hazırda neftin bugünki mövcud qiymətləri valyuta ehtiyatlarının daha üst səviyyədə formalaşmasına imkan yaradır. Hazırda bildiyimiz kimi, ölkədə valyuta ehtiyatlarının həcmi 53 milyarddan yuxarı formalaşıb. Bu ehtiyatların hesabına manata olan təzyiqi qarşılamaq üçün kifayət qədər ölkənin potensialı var. Bu gün də neftin mövcud qiymətlərini nəzərə alsaq görərik ki, büdcədə nəzərdə tutulmuş qiymətlərdən təxminən 40 faiz ətrafında daha baha qiymət formalaşıb. Neftin qiymətləri bunu deməyə əsas verir ki, toplanmış ehtiyatlar, o cümlədən neftin, qazın bugünkü qiymətləri, gözlənilən, proqnozlaşdırılan prespektivlər tam geniş imkan verir ki, biz manatın məzənnə stabilliyini qoruyub saxlaya bilək. Təkcə dövlətə deyil, eyni zamanda iqtisadiyyatın özünə devalvasiyanın müsbət təsirləri ola bilər, amma o zamanki bizdə qeyri-neft sahəsi üzrə ixracımız kifayət qədər artsın. Eyni zamanda post-pandemiya dövrü sərhədlərin açılacağı təqdirdə, yəni turistlərin Azərbaycana axını baş verərsə, turizm əvvəlki dönəminə dönərsə. Azərbaycanın qonşu dövlətlər Türkiyə və Gürcüstan kimi rəqibləri ilə müqayisədə və onlarla rəqabət şəraitində daha çox turisti cəlb etməkdən ötrü ucuz milli valyutaya ehtiyac vardır. Çünki, bu turistlərin gəlişini stimullaşdırmaq üçün çox vacib addımdır. Yəni, nə qədərki hazırda pandemiyadır, sərhədlər bağlıdır, turizmdən gələn gəlirlər qənaətbəxşedici səviyyədə deyil, qeyri-neft sektoru üzrə ixrac ölkənin valyuta ehtiyatları formalaşması üçün böyük çəkiyə malik deyil. Ona görə də, düşünürəm ki, hökumət hansısa bir devalvasiyaya getməyəcək. 2020-ci ilin sonlarında da bu suallar çox verilirdi və birmənalı olaraq qeyd edirdim ki, devalvasiya gözlənilmir. Çünki 2020-ci ilin dövlət büdcəsi təhlil olunarkən, bu aydın şəkildə görünürdü. İndi də hazırki 2022-ci ilin dövlət büdcəsinin təhlili, aparılan humanitar və fiskal siyasət deməyə imkan yaradır ki, bizdə bu il devalvasiyanın olacağı gözlənilmir, hər halda ehtimal da çox azdır”.

İqtisadçı-ekspert Elçin Süleymanov isə açıqlamasında vurğulayıb ki, dolların ümumiyyətlə, dünyada müəyyən dəyər qazanması Amerikanın iqtisadiyyatının güclənməsi ilə əlaqədardır. Ekspertin sözlərinə görə, FED faizlərinin sabit saxlaması, yəni digər ölkələrin əksinə faizi artırmaması müəyyən qədər dolları gücləndirir: 

Gələn ilin ikinci yarısından inflyasiya stabilləşəcək”— EKSPERT

"Düzdür, dolların güclənməsi qonşu ölkələrdə özünü bariz göstərir. İstər Türkiyə olsun, istər Gürcüstan olsun. Türkiyədə hökumətin aldığı bir çox qərarlar, sərt müdaxilələr və s. müəyyən qədər dolların atəşini söndürsə də, yəni uzun müddət çox buna çarə deyil. Amma, söhbət Azərbaycana gələndə Azərbaycan üçün dolların bahalaşması riskini hələ ki, görmürəm. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycanın valyuta rezervi kifayət qədər yaxşı vəziyyətdədir, Mərkəzi Bankın rezervləri artıq 7 milyard manatı ötüb. Eyni zamanda, Neft Fondunun rezervləri ikisi birlikdə kifayət qədər böyük miqdardır və Azərbaycanın keçici olaraq dolların bahalaşmasını əngəlləyəcək gücdədir. İkincisi, Azərbaycan rezervlərinin formalaşmasının əsas mənbəyi neft gəlirləridir. Neftin dünya birjalardakı qiymətinin artması, yəni artıq bir neçə ildən sonra ilk dəfə 80 dollar bantının üzərinə çıxdı və bu biraz artma meyillini göstərəcək. Eyni zamanda da təbii qaz qiymətinin artması. Yəni, Avropa bazarında təbii qazın qiyməti əvvəlki illərə görə, hətta iki dəfədən artıq qalxdı. Bu da Azərbaycanın TANAP-TAP layihəsi gəlirlərinin müəyyən qədər valyuta rezervinin artmasına təsir göstərəcək. Eyni zamanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar atılan addımlar, müxtəlif yerlərdə qurulmuş texnomartların istehsal etdiyi mallar və Azərbaycana digər dollar gətirən ixrac malları, unların həcmi əvvəlkinə görə də artır".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top