Mustafa Şentop: “Türkiyǝ daima Qazaxıstanın yanındadır”

DÜNYA 06 yan 2022, 17:07
Türkiyǝ Böyük Millǝt Mǝclisinin sǝdri Mustafa Şentop Qazaxıstanda yaşanan hadisǝlǝri yaxından izlədiklərini  bildirib.

Bu barǝdǝ Mustafa Şentop rǝsmi ‘‘Twitter’’ sǝhifǝsindǝ paylaşım edib.

‘‘Türkiyǝ hǝr zaman Qazaxıstanın yanındadır’’ deyǝn Türkiyǝ Böyük Millǝt Mǝclisinin sǝdri vurğulayıb ki, dost vǝ qardaş ölkǝ Qazaxıstanda yaşananları yaxından tǝqib edirik. Qazaxıstan dövlǝtinin vǝ qazax xalqının bu çǝtin günlǝrin öhdǝsindǝn gǝlǝcǝyinǝ inanırıq.

Türkiyǝ Xarici İşlǝr Nazirliyinin dünǝn yaydığı bǝyanatda deyilir: ‘‘Qazaxıstanda yaşanan hadisǝlǝrin ǝl qısa müddǝtdǝ sona çatacağına ümidvarıq. Qazaxıstan rǝhbǝrliyinin bu böhranın öhdǝsindǝn gǝlǝcǝyinǝ inanırıq’’.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top