
“2021-ci il ərzində 52 uşaq və 15 qadın Uşaq Sığınacağında qısa və uzun müddətli yerləşdirilib”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin 2021-ci il üçün hesabatında qeyd edilib.
Bildirilib ki, 2021-ci ildə ümumilikdə 61 nəfər uşaq sığınacağına yerləşdirilib.
Uşaqlardan 32 nəfəri qız, 20 nəfəri isə oğlandır.
Həmin uşaqların 9-u baxımsız, səfil həyata məruz qalıb, məcburi diləndirilən balacalardır.
61 nəfərdən 15-i isə yetişkin yaşdakı qadınlardır.