Gürcü kriminal avtoritet oğlunun gözü qarşısında öldürüldü

REGİON 02 yan 2022, 23:36

“Şotiko” ləqəbi ilə tanınan gürcü kriminal avtoritet Şota Tevdoradze Yunanıstanda qətlə yetirilib.

 Kutaisi şəhərində “qanuni oğrular”ın lideri hesab olunan 41 yaşlı Tevdoradze Afina şəhərində oğlunun gözü qarşısında öldürülüb.

Məlumata görə, insident yanvarın 2-də gecə saat 01:00 radələrində Şota Tevdoradze ailəsi ilə birgə evə qayıdarkən baş verib. 

Naməlum şəxs kriminal avtoriteti başından güllələyib və hadisə yerindən uzaqlaşıb. Hazırda həmin şəxsin axtarışları davam edir. Polis Tevdoradzenin qətlə yetirildiyi yerdə üç giliz aşkar edib./qafqazinfo

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 yan 2022, 14:34
Top