Gürcüstan peyvənd olunan yaşlılara pul ödəyəcək

REGİON 29 dek 2021, 23:40

Yanvarın 1-dən etibarən koronavirus peyvəndinin ilk dozasını alacaq 50 yaşdan yuxarı bütün Gürcüstan vətəndaşlarına dövlət tərəfindən 200 lari ödəniləcək. 

Bu barədə ölkənin Baş naziri yanında COVID-19 Pandemiyası ilə Mübarizə üzrə Koordinasiya Şurasında məlumat verilib.

Peyvəndin ikinci və ya gücləndirici dozası üçün mükafat nəzətdə tutulmayıb.

Noyabr ayında şura 60 yaşdan yuxarı insanlara ilk dozadan dərhal sonra 200 lari ödəmək qərarına gəlib. Nəticə bütün gözləntiləri üstələdi: ölkədə təsdiqlənmiş dörd vaksindən biri ilə (Pfizer, AstraZeneca, Sinovac və Sinofarm) gündəlik peyvəndlərin sayı bir anda iki dəfə artdı.

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, COVID-19-dan ölənlərin 85%-i 60 yaşdan yuxarı insanlar, daha 10%-i 50-60 yaş arası, yalnız 5%-i yaşı 50-dən aşağı olan insanlardır./modern

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top