“Salyan OİL” şirkəti bayram tədbiri keçirdi

SOSİAL 29 dek 2021, 17:15
“Salyan OİL” əməliyyat şirkəti 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirib.

Demokrat.az xəbər verir ki, Salyan "Büllür" şadlıq evində keçirilən tədbirdə şirkətin fəhlə və qulluqçuları, rəhbər heyyətinin üzvləri iştirak ediblər.

"CL" şirkətinin vitse-prezidenti Elman Seyidov, şirkətin baş meneceri Ramil Əskərov, meneceri Tariyel Yolçuyev və başqaları  çıxış edərək pandemiya şəraitində kollektivin qazandığı uğurlardan danışıb, kollektivi Yeni il bayramı münasibəti ilə təbrik ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top