Putin: “MDB ölkələri pandemiyanı daha yaxşı keçirir”

DÜNYA 28 dek 2021, 16:44
"Əməkdaşlıq sayəsində MDB ölkələri pandemiyanı bir çox ölkələrə nisbətən daha yaxşı keçirir".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi görüşü zamanı bildirib.

Putin həmkarlarına koronavirus panemiyasına qarşı birgə mübarizə tədbirlərini müzakirə etməyi təklif edib.

“Həmkarlarımız gündəlik rejimdə konkret və dərin əməkdaşlıq edirlər. Söhbət birgə elmi fəaliyyət, dərman preparatlarının və profilaktik vasitələrin hazırlanması, test sistemlərinin mübadiləsi və bu xəstəliyə qarşı digər mübarizə üsulları sahəsində əməkdaşlıqdan gedir”, - Putin deyib.

O, son onillik ərzində xeyli dəyişikliklərin, o cümlədən köklü dəyişikliklərin baş verdiyini, lakin MDB-nin yaradılmasının özünü doğrultduğunu, bir çox istiqamətlər, o cümlədən təhlükəsizliyin təmin edilməsi və iqtisadiyyat sahəsi üzrə inteqrasiyanın dərinləşdiyini qeyd edib.

“Ümumilikdə, Sovet İttifaqı dövründən qalma əlaqələr öz müsbət rolunu oynayır. Ümumi kommunikasiyalar, tərəfdaş kimi fəaliyyət göstərən ümumi müəssisələr nəinki qorunub saxlanılıb, tamamilə yeni bazada xeyli inkişaf əldə olunub. Bu, bizə keçmişdən qalmış imkanları və konkret üstünlükləri saxlayaraq, ağır pandemiya dövrünü arxada qoymağa imkan verir. Bu çətinliklərə dünyanın bir çox ölkələrinə nisbətən daha yaxşı sinə gələ bilirik” –Putin əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top