Azərbaycanda regional mədəniyyət evlərində yoxlamalar aparılır

MƏDƏNİYYƏT 28 dek 2021, 14:08
Azərbaycanda regional mədəniyyət evlərində yoxlamalar aparılır.

Demokrat.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini lazım edir: "Bəzi mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var. Bu baxımdan mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklə problemlərin öhdəsindən gələcəyik".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top