Votsapda yeni funksiya

İKT 24 dek 2021, 22:26

Votsap istifadəçilərə mesaj göndərməzdən əvvəl media fayllara nəzarət etmək üçün yeni imkanlar verəcək.

Bu  barədə “WABetaInfo “ məlumat yayıb.

Sosial şəbəkə şəkil, video və ya GIF animasiyası olan mesajın alıcılarını seçmək və ya statusa məzmun dərc etmək imkanı verəcək. Hazırda bu yalnız "Kamera"dan fayl göndərildikdə mümkün olur.

“WABetaInfo”nun məlumatına görə, yeni funksiyada media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək.

Bu funksiya hazırda yalnız Android üçün Votsapın beta versiyasında mövcuddur. Bildirilib ki, yeni seçim tezliklə Android və iOS-un buraxılış versiyalarında görünəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top