Gürcüstanda “omikron”a yoluxanların sayı artdı

REGİON 23 dek 2021, 23:32

"Gürcüstanda koronavirusun yeni ştamı sayılan "Omikron" ştamına daha 5 nəfər yoluxub".

Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlama verib.

Onun sözlərinə görə, yeni yoluxma halları ilə birlikdə bu günədək ölkədə ümumilikdə sözügedən ştama 29 yoluxma halı qeydə alınıb:

"Yeni növ "Omikron"a qorxuducu ştam adını yalandan verməyiblər. Artıq bu ştam dünyanı narahat etməyə başlayıb. Hamımız bu vəziyyətlə və çox ciddi bir problemlə üz-üzə dayandığımızın fərqində olmalıyıq.

Pandemiyanın məğlub edilməsi əhalinin peyvəndlənməsindən keçir. Panidemiyanı sonlandırmaq üçün bütün əhalinin 70%-i peyvənd olunmalıdır. Üçüncü doza artıq vacibdir və insanların sağlamlığı üçün önəmlidir", - deyə A. Qamkrelidze əlavə edib.

Baş epidemoiloq Gürcüstanda “omikron”a yoluxma faktlarının artacağını proqnozlaşdırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top