Hökməlidə şəhid Balaş Cəfərovun il mərasimi keçirildi — FOTOLAR

SOSİAL 23 dekabr 2021, 14:21
Vətənimizin bütövlüyü uğrunda silaha sarılaraq döyüşlərə atılan əsgər Cəfərov Balaş Namiq oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur.

Demokrat.az xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan şəhidin ailəsinə baş çəkilib. Mərasimda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.

RİH başçısı İ.Gülməmmədova və Ş.Seyidzadə şəhidimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Bir 8 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 1 nəfər şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 23:07
Top