Azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı İranla Azərbaycan arasında danışıqlar aparılır

GÜNDƏM 23 dek 2021, 00:10

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı İran ilə Azərbaycan arasında danışıqlar aparılır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün keçirilən ikitərəfli görüşdə də bu məsələ müzakirə edilib.

"Razılıq əldə olundu ki, ANAMA İranın müvafiq qurumları ilə ərazilərin minalardan təmizlənməsi ilə bağlı fikir mübadiləsi aparsın", - deyə nazir bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top