Çavuşoğlu: “3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək”

XARİCİ SİYASƏT 19 dek 2021, 16:05
"Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək".

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfi də iştirak edə biləır.

Çavuşoğlu, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün keçirdiyi görüşdən danışıb:

"Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. 3+3 əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top