Deputat: “Brüssel görüşünü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar”

GÜNDƏM 15 dek 2021, 15:57
“Azərbaycan prezidenti Cənab İlham Əliyevin "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində Brüsselə səfəri çox uğurla həyat keçirildi. Əlbəttə ki, Brüssel görüşünü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat qeyd edib ki, Azərbaycan Prezidenti görüşdə bir daha onu göstərdi ki, biz haqlı və ədalətli tərəfdəyik: 

“Brüssel səfərində  Prezident Cənab İlham Əliyev bir daha milli maraqlara söykənən qətiyyətlilik, prinsipallıq mövqe nümayiş etdirdi. Biz görürük ki, artıq Zəngəzur dəhlizinin açılması bütün dünya tərəfindən qəbul olunur. Görüşdə vacib olan məqamlardan biri də Zəngəzur və Laçın dəhlizində gömrük postlarının qurulması ilə bağlı idi. Təbii ki, burada da İlham Əliyev qətiyyətlilik nömayiş etdirərək, diqqətə çatdırdı ki, əgər Zəngəzur dəhlizində  gömrük postları olacaqsa, o cümlədən Laçın dəhlizində də bu, tətbiq olunacaq. Qeyd edim ki, bu gün Azərbaycan Laçın dəhlizində gömrük postunu qurmayıb. Amma Ermənistan tərəfi bunu israr edərsə, o zaman Azərbaycan tərəfi də Laçın dəhlizində gömrük postunu quracaq. Bu bir daha Azərbaycan prezidentinin, qalib xalqın, qalib ordunun Müzəffər Ali Baş komandanın prinsipal, qətiyyətli mövqeyidir. Bununla da, bir daha Cənab Prezident göstərdi ki, Azərbaycanın yürütdüyü siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top