Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsi başlayır

HADİSƏ 14 dek 2021, 10:14
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinə terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Demokrat.az xəbər verir ki, iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top