Deputat: “Neqativ halları aradan qaldırmaq üçün “Media haqqında” Qanuna ehtiyac var idi”

GÜNDƏM 13 dek 2021, 12:24
“Xeyli vaxtdır ki, media ilə bağlı bir sıra problemlər açıq şəkildə müşahidə olunur. Ona görə də, medianın tənzimlənməsi çox vacibdir. Bu sahədəki bir sıra neqativ halları aradan qaldırmaq üçün hesab edirəm ki, “Media haqqında” Qanuna ciddi ehtiyac var idi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib. 
 
Deputat hesab edir ki, bu gün media ən çox istifadə olunan silahlardan, vasitələrdən biridir: “Bir sıra hallarda media azadlığı pərdəsi altında çirkin məqsədlərin həyata keçirilməsini müşahidə edirik. Ona görə də, ölkəmizdə belə bir qanunun olması çox vacibdir və xüsusi önəm daşıyır”.

Millət vəkilinin sözlərinə görə, yeni qanunda bir sıra mühüm məsələlər öz əksini tapıb: “Burada əsas hədəf və məqsəd medianın tənzimlənməsi, məsuliyyətlərin müəyyənləşdirilməsi və buna görə, cəzaların tətbiq olunması məsələsidir. Hesab edirəm ki, bu məsələdə hər birimiz maksimum çalışmalıyıq və diqqətli olmalıyıq. Fikrimcə, yeni qanun mediamızın işinə, onun tənzimlənməsinə və düzgün istiqamətlənməsinə öz ciddi töhfəsini verəcək. O, Azərbaycanın qanunvericiliyində növbəti mühüm və olduqca vacib addımdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top