Baş redaktor: “Media Reyestri reketçilikdə məşğul olanlarla mübarizəyə kömək edəcək”

GÜNDƏM 11 dek 2021, 20:48

“Media haqqında​” qanun layihəsində yeniliklərdən biri Jurnalistlərin Media Reyestrinin yaradılmasıdır. Reyestrin bir çox üstünlükləri var, xüsusilə güzəştlərin edilməsi baxımından.


Reyestr güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsinə kömək edəcək. MEDİA Agentliyi jurnalistlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirəndə bu Reyestrdən istifadə edə biləcək.

Misal üçün, jurnalistlər üçün güzəştli kreditlərin verilməsindən tutmuş ictimai nəqliyyatdan istifadəyə qədər bir çox sahədə güzəştlər edilə bilər. Bu, başqa ölkələrin təcrübəsində də var.

Təbii ki, reyestr könüllü xarakter daşıyır, media orqanları öz vəsiqələrini verməkdə müstəqildirlər.

Reyestr həm də jurnalist adından istifadə edərək, reketçilikdə məşğul olanlarla mübarizəyə də kömək edə bilər.

Son günlər Media haqqında” qanun layihəsi ətrafında müxtəlif manipulyasiyalar edilir. Halbuki, layihəyə nəzər yetirmək belə iddiaların qərəzli olduğunu görməyə imkan verir. Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Yəni heç kimin şəxsi profilinə müdaxilədən söhbət belə gedə bilməz.

Eyni zamanda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar da öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün də dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. Odur ki, narahat olmağa dəyməz!

Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top