Ticarət obyektlərində paltardəyişmə otaqlarının fəaliyyətinə icazə veriləcək

SOSİAL 09 dek 2021, 15:39
Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus ("COVID-19") infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

Bu barədə Demokrat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top