Sabah rayonlara qar yağacaq

SOSİAL 08 dek 2021, 16:05
Dekabrın 9-a gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top