Vahid Əhmədov Saleh Rüstəmlinin azad olunması üçün Prezidentə müraciət etdi

GÜNDƏM 07 dek 2021, 22:04
Milli Məclisin deputat  Vahid Əhmədov həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Vahid Əhmədov “Unikal”a məlumatı təsdiqləyib.  O, Saleh Rüstəmovun səhhətinin ağır olduğunu deyib.

Millət vəkili müraciətində Saleh Rüstəmovun I Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb: “Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top